خاطیره‌لر دوراغی (حیکایه‌لر)، حسین واحدی‌نین اؤزل بلوقو Hüseyn vahidi-nin özəl bloqu - Hekayələr

شهلانین ننه‌سی Şəhlanın nənəsi

یازار yazar :حسین واحدى
تاریخ:جمعه 4 دی 1394-07:34

Şəhlanın nənəsi

yazar: Jalə İsmayıl


Divarın küncündə bir müddət yumağa dönəndən sonra yadına nə düşdüsə, tez qalxıb televizoru açdı. Çay süzdü. Pəncərənin buxarında açıq pəncərə şəkli çəkib, oradan uzun-uzadı qar örtmüş yola baxdı. Telefon zəng çaldı. Səbinə idi.   

-        -  Neynirsən?

-         - Üşüyürəm.

-         -  Qazı aç da.

-          -Televizoru açmışam.

-         -  Dəlisən?

-         -  Sən bizim Şəhlanın nənəsini tanıyırdın?

-        -  Yox. O haradan yadına düşdü?

-         -  Heç. Məni ancaq Şəhlanın nənəsi başa düşərdi.

-         - O niyə?

-         - Şəhlanın nənəsi yay vaxtı həmişə deyərmiş ki, televizoru söndürün, bişdik istidən.

Səbinə ürəkdən güldü. Sabah işdə danışmağa mövzusu vardı.



یازی تورو :  



Related Posts Plugin for WordPress, Blogger...