خاطیره‌لر دوراغی (حیکایه‌لر)، حسین واحدی‌نین اؤزل بلوقو Hüseyn vahidi-nin özəl bloqu - Hekayələr

سنسیزلیک Sənsizlik

یازار yazar :حسین واحدى
تاریخ:جمعه 4 دی 1394-07:13

سنسیزلیک Sənsizlik

سؤز: حسین واحدی söz: Hüseyn vahidi



گؤزل سئوگیلیم، gözəl sevgilim
گؤر نه سنی اؤزله‌میشم، görnə səni özləmişəm
اوره‌ییم دؤیونوب، سنی سسله‌ییر، ürəyim döyünüb, səni səsləyir
او بیلیر، o bilir
هم سئویب، همده سئویلیر həm sevib, həmdə sevilir
باخ سئوگیلیم باخ، bax sevgilim, bax
ائله سنسیزله‌میشم! elə sənsizləmişəm


یازی تورو :  

ATAMIN YUXULARI

یازار yazar :حسین واحدى
تاریخ:جمعه 4 دی 1394-07:01

ATAMIN YUXULARI


yazar: Qulamhüseyn saidi

tərcümə: Hüseyn vahidi




Cümə günüdür. Atam neçə dəftərlə neçə qucaq kağız gətirib, öz önündə, oturma otağında sərələyibdir. Taxcalar xərc sənədləri, müxtəlif dəftərlərlə əməkdaşların aylıq[əmək haqqı] listələri ilə qalanıbdır. Atam vergi idarəsinin muhasibidir. Anam deyinərək otaqdan eyəşigə çıxıb, pillələrdə oturub, işarə ilə məni öz yanına çağırır:

"görüsən nə xəbərdi? Görüsn başıma nə kul ələnib, buda cümələrimizdən. Axırda mən getəməsm, bu həyatdan qurtulmaram. Bilirəm gecə yarısınadək davamı var, yol getəməyin, danışmayın, o nəydi düşdü? Daha yavaş danış, mənim dəfətərim harada?... Hələ otaqları süpürməmişəm. Qıda bişirməmişəm. Tərpənməkdə olmur, dəli olur, gəl, gəl bax."



آردینی اوخو

یازی تورو :  

Mən sənin sevginlə yaşayıram

یازار yazar :حسین واحدى
تاریخ:جمعه 4 دی 1394-07:00

Mən sənin sevginlə yaşayıram

yazar: Hüseyn vahİdİ


Qəlbimin sahilindən öpür, sənin bu gözəl sevgin. Bir an, ağlım başımdan qaçır, mənsə sevgi dəlisi oluram. Sevəməkdən başqa heç nəyı düşünməyirəm. Ağlım başıma döndüyündə, özümü sevəgi içındə boğulmuş tapıram. Ancaq nəqədər üzürəm, daha çox sevəgidə batıram. Daha doğrusu bu sevgi batlağından qurtulmaq belə istəmyirəm. Sevəgi ilə olmaq yaşadır məni.

«Səni sevirəm»- demək, canıma sinən, ən gözəl şey olur. Bu sevgi ilə bütün insanlara, «sizi də sevirəm» harayını çəkirm.

Nə gözəldir sevmək. Mən sənin bu gözəl sevəginlə yaşayıram, ancaq. Yaşamaq səni sevmək deməkdir. Səni sevmək lə, mən heç, ölməyirm.



یازی تورو :  

قورخونج جادده Qorxunc caddə

یازار yazar :حسین واحدى
تاریخ:جمعه 4 دی 1394-06:55

قورخونج جادده

یازار:‌حسین واحدی


سحر تئزدن من، آنام و باجی-قارداشیم یئمک تاپماق اوچون گونئی داغلارینا ساری گئدیردیک، خئیلک یول گئدندن سونرا یولوموزون اوستونده بیر جاده گؤوردی. هوندور دمیرلر بویان- اویانا گئدیردیلر. اونلارین تووو بیزدن چوخ ایدی!

بیلمه‌ییرم هارایا گئدیردیلر، آنجاق چوخ- چوخ تله‌سیردیلر! آنام دؤزموشدو بیز بیر- بیر جاده‌دن اوتایا کئچک، من له باجیم یولو کئچمیشدیک، آنجاق خیرداجا هاپی، سیسقا اولدوغو اوچون یولون اورتاسیندا قورخودان دایانیب، بیر بؤیوک چوخ تکرلی دمیر اونو توتوب یئدی!

بوگون چوخ دهشتلی گون ایدی. هله ده جانیم تیتره‌ییر. قورخودان بیرده او یولو گئتمه‌یه‌جه‌یم.


آردینی اوخو

یازی تورو :  

یاغیش

یازار yazar :حسین واحدى
تاریخ:جمعه 4 دی 1394-06:50

یاغیش

یازار:‌حسین واحدی


آیین‌شایین، هاوا چاخدی. بولودلار دیسکینیب آغلادی.



Yağış

yazar: Hüseyn vahidi

Ayınşayın, hava çaxdı. Buludlar diskinib ağladı.



یازی تورو :  

بخت‌لی له بخت‌سیز

یازار yazar :حسین واحدى
تاریخ:جمعه 4 دی 1394-06:47

بخت‌لی له بخت‌سیز

یازار: حسین واحدی

ایکی گون ایدی، ائوده کیمسه  یوخ ایدی. هرگون پنجره‌دن بیله‌سینه، قاتیغا یاخیلمیش چؤرک، ات-سوموک و... وئرردی ائو ییه‌سی. پنجره قاباغیندا، آجیندان ماوولداییردی. آیین‌شایین، سئرچه توو ایله پنجره‌یه چیرپیلیب، جان وئریب یئره سره‌لندی.



آردینی اوخو

یازی تورو :  

Vətən sağ olsun

یازار yazar :حسین واحدى
تاریخ:جمعه 4 دی 1394-06:41

Vətən sağ olsun

Yazar: hüseyN vahidİ

                                                   

Bir an ayaq üstdə durub, neçə addım atmaq, dörd iliydi ona həsrət olmuşdu. Ata-ana yardımı ilə hər işini edirdi. Dörd il bundan öncə Ayaz-ın bir araba toqquşmasında, iki ayağı-da sınıb beli isə ağır zərbə görmüşdü. İmam Riza (ə) ziyarətinə gedəndə, "ya imam Riza (ə) mənə şəfa ver düzəlim, torpaqlarımızı düşmən əlindən qurtarmaq üçün Qarabağ savaşına gedim" – demişdi. Ana-sı ilə ata-sı əllərindən gələni əsirgəməmişdirlər. Ata-sı ev-lərində satıb Ayazın müalicəsinə xərc etmişdi, ana isə bütün qızılların. Doktorlar yavaş-yavaş Ayazın sağalmasına ümüdlənirdilər. Ayaz namazdan sonra saatlarca Quran oxuyub Tanrı-yla munacat edirdi...  

     

Bala-bala ayaqları üstündə yol getməyi bacara bilmişdi. Sevincindən nə edəcəyini bilmirdi. Ata-anasına "yaşam boyu, sizə borcluyam"-deyirdi. Ayaz bir daha sağlamlığı ələ gətirib, arzısına yetişmişdi. O əsgərligə getməyi düşünürdü. Əmisi oğlu Aydın-la birlikdə əsgərliyə getməyə qərar vermişdirlər. Aydın-ın əsgərlik vaxtıydı, Ayaz-ın isə iki il xəstə olduğu üçün əsgərliyindən keçirdi. İkisidə əsgərliyə getmək hazırlıqların aparıb yollanmaq günü gəlib çatmışdı. Ata-anaları onları yola salmağa gəlmişdirlər. 



آردینی اوخو

یازی تورو :  

اورمو گؤلو 2013

یازار yazar :حسین واحدى
تاریخ:جمعه 4 دی 1394-06:40

اورمو گؤلو 1392
urmU Gölü 2013

 

 بیر زامانلار -بورالاردا سو اولان واخت- بورالارادک گلیب اوزمک هر اوغلانین ایشی دئییل دی... آنجاق ایندی راحاتجا ماشینلارلا ویراژ وئرمک اولور...

اورمو گؤلو - چی چئست بؤلگه سی

2013- یای- قوراپیشیرن آیی

شکیل şəkil: حسین واحدی hüseyN Vahidİ





یازی تورو :  

بو تئزلیگه یاییلاجاق / سئوگی یولچولاری

یازار yazar :حسین واحدى
تاریخ:جمعه 4 دی 1394-06:21

بو تئزلیگه یاییلاجاق:

Sevgi yolçuları ... سئوگی یولچولاری

Hikayələr حیكایه لر

حسین واحدی





بو كیتاب ایلك كیتابیم اولاراق، چئشیتلی درگی لر له گوندلیك لرده یاییلان حیكایه لریم ایله بیر اوزون و هئچ  یاییلمایش حیكایه دن عیبارت دیر. اومود ائدیرم توركجه میزه یارارلی اولسون. كیتاب یایما سیستئمی اؤلكه میزده و اؤزللیكله توركجه كیتابلارا دوز اولمادیغی اوچون، كیتاب واسیطه سیز یاییلاجاق! اومود ائدیرم بیرگون یازیچیلاریمیز فقط یازسین لار، كیتابین نجور یاییلیب سئونلرین الینه چاتماسینی دوشونمه سینلر!!
كیتاب یاییلاندا ساتیش یوللاری و یئرلری وئریله جك.
بوكیتاب بوتون آنادیلیمیزه چالیشان اینسانلارا اتحاف اولونور...



یازی تورو :  

رؤیا

یازار yazar :حسین واحدى
تاریخ:جمعه 4 دی 1394-05:32

رؤیا

Fantazi Resim

آی یاتیردی، گونش ایسه یئره چاتیردی، خوروز بانلیردی، چایلار شاریلداییردی، كؤرپه لرین سسی یئر- گؤیو دالیردی، قاریشقالار داغلاری آشیردی، گونه باخان لار گونشین دالیجا قاچیردی، گؤزل قیز ساچلارین داراغا آلیردی، آنا پنجره دن باخیردی، قاری ننه شال توخوردو، سئوگیلیلر نغمه اوخوردو. اوغلان، باسارقدا اؤزون اوتوبوسا سوخوردو، اوتوبوسلا شهرینه قونوردو، عسگرلیكدن دؤنوب ائولرینه گئدیردی... آناسی، دوعا ائدرك، قاپی اؤنونده، بالاسینی گؤزله ییردی..

یازان:‌حسین واحدی


آردینی اوخو

یازی تورو :  



  • یارپاق‌لارین ساییسی :
  • 1  
Related Posts Plugin for WordPress, Blogger...