ATAMIN YUXULARI
ATAMIN YUXULARI
yazar: Qulamhüseyn saidi
tərcümə: Hüseyn vahidi
Cümə günüdür. Atam neçə dəftərlə neçə qucaq kağız gətirib, öz önündə, oturma otağında sərələyibdir. Taxcalar xərc sənədləri, müxtəlif dəftərlərlə əməkdaşların aylıq[əmək haqqı] listələri ilə qalanıbdır. Atam vergi idarəsinin muhasibidir. Anam deyinərək otaqdan eyəşigə çıxıb, pillələrdə oturub, işarə ilə məni öz yanına çağırır:
"görüsən
nə xəbərdi? Görüsn başıma nə kul ələnib, buda cümələrimizdən. Axırda mən
getəməsm, bu həyatdan qurtulmaram. Bilirəm gecə yarısınadək davamı var, yol
getəməyin, danışmayın, o nəydi düşdü? Daha yavaş danış, mənim dəfətərim
harada?... Hələ otaqları süpürməmişəm. Qıda bişirməmişəm. Tərpənməkdə olmur,
dəli olur, gəl, gəl bax."