خاطیره‌لر دوراغی (حیکایه‌لر)، حسین واحدی‌نین اؤزل بلوقو Hüseyn vahidi-nin özəl bloqu - Hekayələr

اورکده بوغولموش آرزولار

یازار yazar :حسین واحدى
تاریخ:جمعه 4 دی 1394-06:41

اورکده بوغولموش آرزولار

یازان: حسین واحدی


آنا، اوشاغین قولوندان چكه-چكه، كوچه‌دن ائوه آپارماق ایسته ییردی، قیزجیغاز ایسه، آغلایا- آغلایا، "منه دوندویما آل، من دوندویما ایستیرم!" دئییردی. آنا قونشولارین یانیندا اوزو قیزارا-قیزارا اوشاغی ائوه آپاردی. چورویوب پاسلانمیش قاپینی ایشیلله‌ییب، حیطه گیردیلر.

 اوشاغین آغلاماق سسی ائوی آلتینا آلمیشدی. اوشاق حیطده قالیب گؤز یاشلاری اونون تكجه یولداشی اولدو.

آنا، اوتاقدان، گئجه یاغیش یاغان زامان ایچه‌ری‌یه قویان قابلاری حیطه گتیریب تاوان‌دان دامان سولاری كردی‌یه بوشالدیردی. قیزجیغاز، باشین حیطده اولان بؤیوك تاغارا دایاییب، درین یوخویا آددیم آتمیشدی.

قاپی دؤیولدو، آنا قاپینی آچماغا گئتدی.

آرواد ارینی گؤروب: "آى كیشی نه اولدو؟" "یئنه قاییتدین؟" دئدی.

کیشی باشینی آشاغی سالیب، اوزوجو سسله: «اوچ ساعاتدی، فهله مئیدانیندا بونا-اونا یالوارماقدان یورولدوم، ایش یوخویدو» -دئییب، یاواشجا ایچری گیردی.

-------------------------

-دوندویما: اوشاق دیلیجه/دوندورما

* bu hikayəni latin əlifbasında oxumaq üçün yazının ardına baxın


آردینی اوخو

یازی تورو :  

Vətən sağ olsun

یازار yazar :حسین واحدى
تاریخ:جمعه 4 دی 1394-06:41

Vətən sağ olsun

Yazar: hüseyN vahidİ

                                                   

Bir an ayaq üstdə durub, neçə addım atmaq, dörd iliydi ona həsrət olmuşdu. Ata-ana yardımı ilə hər işini edirdi. Dörd il bundan öncə Ayaz-ın bir araba toqquşmasında, iki ayağı-da sınıb beli isə ağır zərbə görmüşdü. İmam Riza (ə) ziyarətinə gedəndə, "ya imam Riza (ə) mənə şəfa ver düzəlim, torpaqlarımızı düşmən əlindən qurtarmaq üçün Qarabağ savaşına gedim" – demişdi. Ana-sı ilə ata-sı əllərindən gələni əsirgəməmişdirlər. Ata-sı ev-lərində satıb Ayazın müalicəsinə xərc etmişdi, ana isə bütün qızılların. Doktorlar yavaş-yavaş Ayazın sağalmasına ümüdlənirdilər. Ayaz namazdan sonra saatlarca Quran oxuyub Tanrı-yla munacat edirdi...  

     

Bala-bala ayaqları üstündə yol getməyi bacara bilmişdi. Sevincindən nə edəcəyini bilmirdi. Ata-anasına "yaşam boyu, sizə borcluyam"-deyirdi. Ayaz bir daha sağlamlığı ələ gətirib, arzısına yetişmişdi. O əsgərligə getməyi düşünürdü. Əmisi oğlu Aydın-la birlikdə əsgərliyə getməyə qərar vermişdirlər. Aydın-ın əsgərlik vaxtıydı, Ayaz-ın isə iki il xəstə olduğu üçün əsgərliyindən keçirdi. İkisidə əsgərliyə getmək hazırlıqların aparıb yollanmaq günü gəlib çatmışdı. Ata-anaları onları yola salmağa gəlmişdirlər. 



آردینی اوخو

یازی تورو :  



  • یارپاق‌لارین ساییسی :
  • 1  
Related Posts Plugin for WordPress, Blogger...