خاطیره‌لر دوراغی (حیکایه‌لر)، حسین واحدی‌نین اؤزل بلوقو Hüseyn vahidi-nin özəl bloqu - Hekayələr

اورکده بوغولموش آرزولار Ürəkdə boğulmuş Arzular

یازار yazar :حسین واحدى
تاریخ:جمعه 4 دی 1394-07:34

Ürəkdə boğulmuş Arzular

yazan: Hüseyn Vahidi

Ana, uşağın qolundan çəkə-çəkə, küçədən evə aparmaq istəyirdi, Qızcığaz isə, ağlaya-ağlaya, "mənə donduyma al, mən donduyma istiyəm!" deyirdi. Ana qonşuların yanında üzü qızara-qızara uşağı evə apardı. Çuruyub paslanmış qapını işilləyib, həyətə girdilər.

Uşağın ağlamaq səsi evi altına almışdı. Uşaq həyətdə qalıb göz yaşları onun təkəcə yoldaşı oldu.

Ana, otaqdan, gecə yağış yağan zaman içəriyə qoyan qabları həyətə gətirib tavandan daman suları kərdiyə boşaltdı. Qızcığaz, başın həyətdə olan böyük tağara dayayıb, dərin yuxuya cummuşdu.

Qapı döyüldü, ana qapını açmağa getdi, qapını açarkən ərini görüb:

-"ay kişi nə oldu?" " yenə qayıtdın?" –həzin səslə dedi.

Kişi başını aşağı salıb üzücü səslə,

-«üç saatdı, fəhələ meydaninda buna-ona yalvarmaqdan yoruldum, iş yoxuydu» -deyib yavaşca içəri girdi.

 



یازی تورو :  



Related Posts Plugin for WordPress, Blogger...