خاطیره‌لر دوراغی (حیکایه‌لر)، حسین واحدی‌نین اؤزل بلوقو Hüseyn vahidi-nin özəl bloqu - Hekayələr

Mark Tven: xoşbəxtliyə açar olan doqquz qayda

یازار yazar :حسین واحدى
تاریخ:جمعه 4 دی 1394-07:23


Mark Tven dünya ədəbiyyatının parlaq simalarından biridir. Məşhur romanlar müəllifi olmaqla yanaşı o, istedadlı natiq, satirik və müəllim idi. Ömrünün sonuna doğru ard-arda baş verən faciələrə:
 
Üç övladını, həyat yoldaşını və ən yaxın dostunu itirməsinə, ölümcül xəstəliyə tutulmasına rəğmən, müasirlərinin qeydlərinə görə, Tven yumor hissini itirməmişdi. Bir dəfə onun öldüyü barədə şayiə yayılır və bu şayiələr Tvenin də qulağına çatır. Yazıçının tarixə düşmüş cavabı belə olmuşdu: “Mənim ölümüm barədə şayiələr çox şişirdilib”.     
 
 
1. Özündən məmnun olmayan insan həyatdan məmnun ola bilməz.
 
Özünüzdən, öz davranışınızdan və hərəkətlərinizdən məmnun deyilsinizsə, həmişə ümumi narahatlıqdan əziyyət çəkməli olacaqsız. Özündən məmnun insan sakitdir, özünü daxilən azad hiss edir və gerçəkdən arzuladığı hər şeyə nail ola bilər. Özünüzü daxilən azad hiss etmirsizsə, bu, sizin yüksəlişinizə ciddi əngəl olacaq. Hətta yüksəliş yollarını düzgün müəyyən etsəz belə, daxili azadlığın olmaması irəliləyiş yolunda müqavimətə çevriləcək. Azad olmağı bacarmalısız. Başqalarından bəyəni gözləməyin. Bəyənini öz içinizdə axtarın. Bu daxili səddi aşın və özünüzə sahib çıxın. Elə də asan məsələ deyil, öhdəsindən gəlmək bir xeyli zaman çəkə bilər, odur ki, ruhdan düşməyin.
 
 
2. Yaş yalnız sizin şüurunuzdadır. Əgər onun haqda düşünmürsüzsə, deməli,  mövcud deyil.
 
Bir çox sədlər məhz şüurumuzdadır. Bizə elə gəlir ki, hansısa işlə məşğul olmaq üçün yaşımız ötüb, bu iş daha bizlik deyil, bundan sonra dəyişə bilmərik. İnamla deyə bilərəm, həyatda elə bir vəziyyət çətin mümkün olsun ki, ürəyinizə yatan bir işlə məşğuliyyət üçün artıq gecikmiş olasız.
 

آردینی اوخو

یازی تورو :  



  • یارپاق‌لارین ساییسی :
  • 1  
Related Posts Plugin for WordPress, Blogger...