Dəli könül / Xəstə qasım,ın şeirləri
Dəli könül
Xəstə Qasımın şeirləri

Dəli könül, nə divanə gəzirsən,
Bivəfa dilbərdən sənə yar olmaz.
Düz çıxmaz ilqarı, əhdi-peymanı,
Hərcayıda namus, qeyrət, ar olmaz.
Üz vermə nadana, sirr vermə pisə,
Axrı qəlbin ya inciyə, ya küsə,
Ot bitər kök üstə, əsli nə isə,
Yovşan bəsləməklə çəmənzar olmaz.
Vəfalıya əmək çəksən itirməz,
Bədəsil nəsihət, öyüd götürməz,
Qabaq tağı tər şamama bitirməz,
Göy söyüddə heyva olmaz, nar olmaz.
Təklif olunmamış bir yerə varma,
Nər olmaz meydanda hər bığıburma,
Seyraqıb adama sən yaxın durma,
Xain çıxar, onda düz ilqar olmaz.
Xəstə Qasım günü keçmiş qocadı,
Gələn bəzirgandı, gedən xocadı,
Sərv ağacı hər ağacdan ucadı,
Əsli qıtdı, budağında bar olmaz.

Dahilərin qəribə işləri
Kim nədən qorxur?
Dahilər insanları yalnız öz əsərləri ilə deyil,
qəribə xasiyyətləri ilə də heyrətləndirirmiş. Bu, onlara marağı birə iki
artırır.
Edqar Alan Po
Ömrü boyu qaranlıqdan qorxub. Bəlkə də bu onun uşaqlıqda qəbiristanlıqda oxuması ilə bağlıdır. İş orasındadır ki, Edqarın getdiyi məktəb çox kasıb olub Dərsliklər belə yox imiş. Müəllimləri uşaqları yaxınlıqdakı qəbiristanlığa gətirir, qəbirlərin üstündəki doğum və ölüm tarixlərini göstərək uşaqlardan ölənin neçə il yaşamasını soruşurmuş. Uşaqlar elə qəbirin üstündəcə hesablama aparıb düzgün cavabı deməli imişlər. Təəccüblü deyil ki, Edqar dünya ədəbiyyatında qorxulu obrazları məşhurdur.
