خاطیره‌لر دوراغی (حیکایه‌لر)، حسین واحدی‌نین اؤزل بلوقو Hüseyn vahidi-nin özəl bloqu - Hekayələr

گؤبه‌لک‌لر ایله چینار/ Göbələklər ilə Çinar

یازار yazar :حسین واحدى
تاریخ:جمعه 4 دی 1394-07:06

Yeniyetəmələr üçün hikayə

Göbələklər ilə Çinar


yazar: Hüseyn vaihdi

Yağış yağmaq üzərəydir. Qara buludlar hay-küy salmışdırlar. Ildırımlar çaxaraq yağışın gəlməyini qurtlayırdılar.

Birazdan yağış yağmaya başladı. Ağaclar sevinc içındə yaşayırdılar. Hər yer islanmışdı. Balaca böcəklər,çəkirgələr, ilbizlər və... otların yarpaqlarının altına sığınmışdırlar.

Buludlar köyənklərin sıxıb qurtulandan sonra, dum-duru mavi göy ormana gülüməsədi. Günəş isə buludların köçəməsindən sonra kefi sazalıb, göyün duruluğunda özünə baxıb saçlarını daramağa başladı.

Bu arada qoca çinarın dibindən iki göbələk ıldırımların çaxmasından sonra yerdən pırtlamışdılar. Çox sevinirdilər. Başların buyan-oyana çevirib böyük bir yerin sahibi ulduqlarını sandılar.

İki gündən sonra bir az törəlib, qol-qanad açıb yaxınlıqlarından keçən kiçik böcəkləri diskindirib, "buralara dolanmayın bura bizimdir" deyib onları qovlayırdılar.

Uca çinarlar isə bu balaca qonaqların işəlrinə yaxından baxıb heç nə deməyirdilər. İkiz göbəlklər birgün yaxınlıqlarındakı çinarıda oradan qovmalarını düşündülər. Çinara sarı üz tutub:

"hey yekə dvə! buradan tez çıx get, bura bizim yurd-yuvamızdır" deyib çinarı təəcüblənədirdilər.

Qoca çinar göbəlklərin bu sözündən huyuxub, onlara:

"ay qonşular nə olub sizə, nə deyirsiz?" Dedi.

Sonra davam etədi: "dörd gün ömürünüzdən keçir, başınıza kölgə saldım, yeldən qorudum, yuva verdim sizə, indi isə gəmidə oturub gəmiçi gözü çıxarırsınız?"

Göbəlklər ucadan gülüb:

"sən nə deyirsən qoca, sən yoxaiydin! Biz buradaydıq! Sən nə zaman gəlimisən? sabahadək getməsən, özümüz səni buradan qovalayacağıq, ancaq bizdən demək" Deyib pıçıldaşmaya başladılar.

Çinar isə özünü itirməyib:

"olsun zaman hər şeyi açıq-aydın edəcək» deyə onlara cavab verdi!

Bu deyişmənin sabahı, günəş saçlarını ormana sərəndə, çinarı yuxudan oyatdı. Çinar əsnəyib ayağı altına baxanda, gördü, göbələklər həmişəlik yuxuya gediblər.



یازی تورو :  



Related Posts Plugin for WordPress, Blogger...