خاطیره‌لر دوراغی (حیکایه‌لر)، حسین واحدی‌نین اؤزل بلوقو Hüseyn vahidi-nin özəl bloqu - Hekayələr

Günəş ilə Günəbaxan - hekayəcik

یازار yazar :حسین واحدى
تاریخ:جمعه 4 دی 1394-07:40



Günəş ilə Günəbaxan

yazar: Hüseyn Vahidi

Sarı saçlı günəş, göyə dırmaşmış dağların arxasında, xoruzun banlamasını gözələyirdi. Axşamdan, buğda tarlasında olan yalnız günəbaxan isə qara dənələrini günəşin batan yerinə tutub, günəşi görmək ümidilə yuxlamışdı.

Bir azdan, xoruz, səsini başına atdı. Kənd evlərinin çıraqları bir-bir işıqlandı. Günəş gözələdiyi anı görüncə doğmağa başladı. Günəbaxan, sevincək yuxudan oyandı. Sevədiyi günəşi bırdaha görə biləcəyinə çıçəyı çartladı.

Çox keçəmədi günəş göy üzündə, hər yanı baxışı altına aldı. Günəbaxan, günəş bunun üçün gəlibdir deyə, üzün ondan çevirəmirdi. O, uçub günəşin yanına getmək arzusundaydı.

Yavaş-yavaş axşam gəlib çatırdı. Günəş yerə sərdiyi saçlarını darayıb, hörməyə başlamışdı. Günəbaxan isə günəşin getəməsindən üzülürdü. O, bilirdi birazdan günəş batıdakı uca dağın arxasına gedib yox olacaqdır.

Çox çəkəmədi günəş dalına baxmadan, batının lap o uzaqlarında itərək qaranlığı yadigar qoydu.


آردینی اوخو

یازی تورو :  



  • یارپاق‌لارین ساییسی :
  • 1  
Related Posts Plugin for WordPress, Blogger...