خاطیره‌لر دوراغی (حیکایه‌لر)، حسین واحدی‌نین اؤزل بلوقو Hüseyn vahidi-nin özəl bloqu - Hekayələr

یوخو (حیکایه‌جیک) Yuxu

یازار yazar :حسین واحدى
تاریخ:جمعه 4 دی 1394-07:35

Yuxu

yazar: Hüseyn Vahidi

Hər yanı duman bürümüşdü. Hekayələrdə olan ölülər şəhərinə oxşayırdı şəhər. Kişi yalqızca adı bəlli olmayan bir xiyavanda durmuşdu. Yerindən tərpənə bilməyirdi. Cınqırı belə çıxmayırdı. Bir an, duman hər yandan çəkilib getdi. Baxıb görə biləcəyi hər yanda ağacların yerinə insan ayağı var idi.

Çox çəkmədi xiyavan başında əllərində qana boyanmış baltalarla görünən ağacları gördü. Yavaş-yavaş ona sarı gəlirdilər. Əl-ayağı qurumuşdu. Xəyalında, indi onu da balta ilə çapacaqlar deyə düşündü. Gözü arxlardan axan qanlara sataşdı. Xəyalatinda, bir anda, yüzlərcə ağacı çapdığını keçirdi, ancaq xəyalatından ayrılmağa imkan vermədi, on sarı atılan baltalar.

Xiyavanı, qoxusuna dözmək olmayan bir qan qoxusu altına almışdı.



یازی تورو :  



Related Posts Plugin for WordPress, Blogger...